23 noyabr 2026. Bazar ertəsi

“Bu, çox ağrılı məğlubiyyətdir, amma ruhdan düşməməliyik”


“Bu, çox ağrılı məğlubiyyətdir, amma ruhdan düşməməliyik”

“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”a 0:4 hesablı məğlubiyyəti şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, "BBC" təcrübəli çalışdırıcının sözlərini belə çatdırıb.

 “Biz uyğunlaşmalıyıq. Bəli, bu, asan qərar deyil və yəqin ki, onunla tam razı deyilik. Amma matç haqqında çox danışmamalıyıq. Demək olar ki, başlanğıcdan 10 nəfərlə oynadıq. Bu, çox ağrılı məğlubiyyətdir, lakin ruhdan düşməməliyik. Əksinə, topladığımız qəzəbi sabahdan etibarən növbəti oyuna hazırlıq üçün enerjiyə çevirməliyik.

0:2 hesabından sonra komanda necə reaksiya verdi? Futbolçulara bunun tamamilə ədalətsiz olduğunu dedim. Ancaq belə vəziyyətlərdə ikiqat güc sərf etmək lazımdır. Daha diqqətli və təşəbbüskar olmalıyıq. İlk qolu buraxıb azlıqda qaldıqdan sonra futbolçularımız mübarizə əzmini qoruyaraq mümkün olan hər şeyi etməyə çalışdılar. Səy göstərdik, fəal hərəkət etdik, nəsə etməyə çalışdıq. Bu, çox çətin komandadır. Qırmızı vərəqədən dərhal sonra qol buraxdıq. Hər gün daha da güclənmək üçün imkanlar axtaracağıq.

Lenni Yoroya göstərilən qırmızı vərəqə? Hazırda lazımi texnologiyalar var, azarkeşlər və adi futbol izləyiciləri hər şeyi görür. Müəyyən bir anda Mbemo ilə Jak arasında epizod yaşanır, bir dəqiqə sonra isə Yoro ilə İsak toqquşur. Bunu qəbul etmək çətindir, çünki məncə, Mbemonun yıxıldığı epizodda penalti təyin edilməli idi. Təsəvvür edin, həmin qayda pozuntusu qeydə alınsaydı, matçın gedişi necə dəyişərdi. Bu epizod araşdırılmalıdır. Futbol oynadığım vaxtlarda belə hallar adi idi. Əgər Yoroya qırmızı vərəqə göstərilirsə, Mbemoya qarşı qayda pozuntusuna görə də eyni cəza verilməlidir”

Qeyd edək ki, bu görüş argentinalı mütəxəssisin “Mançester Yunayted”in baş məşqçisi kimi debüt matçı olub. “Enfild”də keçirilən oyunun baş hakimi Samuel Barrott olub.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib