23 noyabr 2026. Bazar ertəsi

“Bir qol ötürməsi ilə kifayətləndim, halbuki üç-dörd qol vura bilərdim”


“Bir qol ötürməsi ilə kifayətləndim, halbuki üç-dörd qol vura bilərdim”

“Liverpul”un cinah hücumçusu Bredli Barkola İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted” üzərində 4:0 hesablı qələbədən sonra öz çıxışından narazı qaldığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu bu barədə “Canal+”a müsahibəsində bildirib.

 “Öz oyunumdan narazıyam. Daha yaxşı çıxış edə biləcəyimi bilirəm. Nəyə qadir olduğumu bilirəm.Bu gün bir qol ötürməsi ilə kifayətləndim, halbuki üç-dörd qol vura bilərdim”

Qeyd edək ki, fransalı futbolçu 66-cı dəqiqədə Rio Nqumoaya məhsuldar ötürmə verib, 72-ci dəqiqədə isə Viktor Munyosla əvəzlənib.

Bredli Barkola avqustun sonunda 125 milyon avro qarşılığında PSJ-dən “Liverpul”a keçib. O, Premyer Liqada keçirdiyi 9 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb, lakin hələ də qol vurmayıb.







İngiltərə P.L.

“Hall Siti” “Brayton”u məğlub edib
  • İngiltərə P.L.
  • 20:59 22.11.2026
“Hall Siti” “Brayton”u məğlub edib