- İngiltərə P.L.
- 00:03 23.11.2026
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”a 0:4 hesablı məğlubiyyəti şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, "BBC" təcrübəli futbolçunun sözlərini belə çatdırıb.
“Çətin oyun oldu. Prinsipial rəqibin meydanına gəlib məğlub olmaq həmişə xoşagəlməzdir. 15-ci dəqiqədən sonra oyun tamamilə dəyişdi və bizim üçün çox çətin oldu”, – futbolçunun sözlərini BBC yayıb.
“Hamı əlindən gələni etməyə çalışdı. Hesab komandanın oyununu tam əks etdirmir və yaxşı etdiyimiz bir çox məqamı kölgədə qoyur. Azlıqda qalsaq da, oyunun gedişatını dəyişmək üçün kifayət qədər imkanlar yaratdıq. Hamı çox çalışdı, meydanda böyük məsafə qət etdi.
Təəssüf ki, ikinci hissədə daha iki qol buraxmaqdan qaça bilmədik. İndi bu səhifəni çevirməli, Çempionlar Liqasındakı növbəti matça köklənməli və orada maksimum nəticə əldə etməyə çalışmalıyıq.
Bəlkə də ötürmələrlə oynamağa həddindən artıq aludə olduq və nəticədə bu, qollar buraxmağımıza səbəb oldu. Amma mən bu cür oyuna üstünlük verərdim. Komandamın özünəinamla çıxış etməsini, oyun ideyalarımızı həyata keçirməyə çalışmasını görmək istəyirəm, nəinki sadəcə müdafiə olunub nəsə etməkdən çəkinməsini”