23 noyabr 2026. Bazar ertəsi

“Arsenal”ın baş məşqçisi Madueke ilə bağlı gözləntilərini açıqladı


“Arsenal”ın baş məşqçisi Madueke ilə bağlı gözləntilərini açıqladı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın cinah hücumçusu Noni Maduekenin liderlik keyfiyyətlərini dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Onun meydandan kənardakı davranışlarına nəzər salsaq, çox ünsiyyətcil insan olduğunu görərik. Daim danışır, hamı ilə zarafatlaşır və ətrafındakılarla ünsiyyət qurur. İndi isə bu xüsusiyyətlərini meydanda da, daha ciddi şəkildə nümayiş etdirməyə başlayıb. Düşünürəm ki, bu, komandaya böyük təsir göstərir. Hər şeydən əvvəl, ona oyuna daha çox köklənməyə və diqqətini qorumağa kömək edir. Əminəm ki, bu, meydandakı çıxışının keyfiyyətinə müsbət təsir göstərəcək”

Qeyd edək ki, 24 yaşlı ingiltərəli futbolçu cari mövsümdə “Arsenal”ın heyətində bütün turnirlərdə 14 matçda iştirak edib. Madueke bu görüşlərdə 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.