- İngiltərə P.L.
- 22:20 23.11.2026
“Arsenal”ın kapitanı Martin Edeqorun klubla yeni müqavilə imzalaması gözlənilir.
90deqiqe.Az-ın məlumatına görə, “topçular” 27 yaşlı futbolçu ilə danışıqlar aparır. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir. Lakin London klubunun rəhbərliyi anlaşmanın müddətinin başa çatmasına bir il qalmış yeni müqavilə məsələsini həll etmək istəmir.
Mənbə tərəflərin hər ikisinin yeni müqavilədə maraqlı olduğunu və razılığın əldə ediləcəyini gözlədiyini bildirib.
Qeyd edək ki, Edeqor cari mövsümdə Mikel Artetanın rəhbərlik etdiyi komandada bütün turnirlərdə 18 matçda iştirak edib. Norveçli yarımmüdafiəçi bu görüşlərdə 5 qol vurub və 2 məhsuldar ötürmə verib.