- İngiltərə P.L.
- 23:07 23.11.2026
“Liverpul”un yarımmüdafiəçisi Florian Virts İngiltərədəki çıxışının, bəlkə də, ən yaxşı oyununu keçirib.
90deqiqe.Az-ın “WhoScored” portalına istinadən məlumatına görə, almaniyalı futbolçu bazar günü “Mançester Yunayted”ə qarşı keçirilən və 4:0 hesabı ilə başa çatan matçın qəhrəmanına çevrilib. Hücumameyilli yarımmüdafiəçi bir qol vurub, bir məhsuldar ötürmə verib və görüşün ən yaxşı oyunçusu seçilib.
Bundan əlavə Virts komanda yoldaşları üçün beş real qol fürsəti yaradıb. Bu, Premyer Liqada 2009/10 mövsümündən bəri müvafiq statistikanın aparıldığı dövrdə bir matç üzrə rekord göstəricidir.
“Liverpul”un heyətində Dominik Soboslai, Rio Nqumoa və Viktor Munyos da fərqləniblər.