- İngiltərə P.L.
- 23:49 23.11.2026
“Liverpul”un sabiq kapitanı Stiven Cerrard Premyer Liqanın “Enfild” stadionunda keçirilən və “Mançester Yunayted”in 0:4 hesablı məğlubiyyəti ilə başa çatan matçından sonra rəqib komandanı sərt tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, Cerrard “The Overlap” verilişində “Mançester Yunayted”in müdafiə xəttinin çıxışını kəskin tənqid edib:
“Mançester Yunayted” dəhşətli oynadı. Qırmızı vərəqəni bəhanə gətirmək olar və bəli, bu, oyunun nəticəsinə təsir etdi. Ancaq buna səbəb məhz müdafiədəki zəif oyun idi. Sadə bir hava ötürməsi zamanı “Yunayted”in müdafiə xətti irəlidə idi və futbolçular arasında heç bir koordinasiya yox idi. Qapıçı isə cərimə meydançasında hərəkətsiz qalmışdı. Günah özlərindədir. Bu, sadəcə qırmızı vərəqə məsələsi deyil, müdafiənin zəifliyidir. Bu, dəhşətli idi”.
Qeyd edək ki, qarşılaşmanın əvvəlində Lenni Yoronun qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra “qırmızı şeytanlar” azlıqda qalıblar.
Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.