24 noyabr 2026. Çərşənbə axşamı

Cerrard Kelvin Bassinin “Reyncers”ə transferinin detallarını açıqlayıb


Cerrard Kelvin Bassinin “Reyncers”ə transferinin detallarını açıqlayıb

“Reyncers”in sabiq baş məşqçisi Stiven Cerrard 2020-ci ildə komandasına cəlb etdiyi müdafiəçi Kelvin Bassinin transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli mütəxəssis “The Overlap” verilişində bildirib ki, “Reyncers” futbolçunu “Lester”dən cəmi 300 min funt sterlinq təzminat qarşılığında transfer edib.

“Biz onu “Lester”dən cəmi 300 min funt sterlinq təzminat ödəməklə transfer etdik. Əvvəlcə onu sol cinah müdafiəçisi kimi nəzərdə tuturduq. Lakin düşünürdük ki, zaman keçdikcə, təcrübə və oyun praktikası qazandıqca mərkəz müdafiəçisi kimi də çıxış edə biləcək”, – deyə Cerrard bildirib.

Bassi “Reyncers”də iki il oynadıqdan sonra 20 milyon funt sterlinq qarşılığında “Ayaks”a keçib. Daha sonra “Fulhem”də çıxış etməyə başlayan müdafiəçi bu mövsüm “Mançester Yunayted”in də diqqətini cəlb edib.







İngiltərə P.L.