24 noyabr 2026. Çərşənbə axşamı

“Ehtiyat oyunçular skamyasında da güclü futbolçular var”


“Ehtiyat oyunçular skamyasında da güclü futbolçular var”

“Arsenal”ın yarımmüdafiəçisi Bruno Qimaraynş komandanın heyətindəki rəqabət və futbolçuların səviyyəsi barədə fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi demək olar ki, hər mövqedə yüksək səviyyəli futbolçuların yer aldığı geniş heyətə malikdir. Braziliyalı futbolçu da komandadakı rəqabətin yüksək olduğunu təsdiqləyib.

“Bu, tamamilə doğrudur. Komandada bu qədər güclü futbolçunun olması çox yaxşıdır. Daha əvvəl də dediyim kimi, ən yüksək səviyyədə çıxış etməlisən. Çünki ehtiyat oyunçular skamyasında da çox yaxşı futbolçular var”, – deyə Qimaraynş mətbuat konfransında bildirib.

Qeyd edək ki, “Arsenal” çərşənbə axşamı UEFA Çempionlar Liqasının növbəti turu çərçivəsində doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







İngiltərə P.L.