24 noyabr 2026. Çərşənbə axşamı

Uolkott “Arsenal”a yeni hücumçu transfer etməyi məsləhət görüb


Uolkott “Arsenal”a yeni hücumçu transfer etməyi məsləhət görüb

“Arsenal”ın sabiq hücumçusu Teo Uolkott London klubunun Viktor Qyökereslə yollarını ayıraraq onu başqa futbolçu ilə əvəzləməli olduğunu düşünür.

90deqiqe.Az xəbər verir ki, Uolkott “talkSPORT”a açıqlamasında “Arsenal”a “Lids”in hücumçusu Dominik Kalvert-Lyuinin transferini tövsiyə edib:

“Mən Dominik Kalvert-Lyuinin namizədliyini nəzərdən keçirərdim. Düşünürəm ki, o, bu mövsüm əla oyun nümayiş etdirir. Hazırda ‘Arsenal’a məhz belə mərkəz hücumçusu lazımdır.

‘Arsenal’ saxta doqquz nömrə ilə oynamağa öyrəşib, indi isə komanda oyun üslubunu dəyişməli olur. Hesab edirəm ki, bu, komandanın oyun imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Haverts xoşuma gəlir, amma həmin mövqedə əsas heyət uğrunda rəqabətin davam etməsi vacibdir”, – deyə sabiq futbolçu bildirib.

Qeyd edək ki, isveçli forvard cari mövsüm keçirdiyi 15 oyunda cəmi iki qol vurub. Bu səbəbdən o, əsas heyətdəki yerini Kay Havertsə verib.

Əlavə edək ki, Kalvert-Lyuen ötən mövsüm İngiltərə Premyer Liqasında 35 oyunda 14 qol vurub. O, cari mövsümdə isə 11 matçda beş dəfə fərqlənib.

“Mançester Yunayted” də yanvar transfer pəncərəsi öncəsi ingiltərəli hücumçunun namizədliyini nəzərdən keçirib. Lakin oktyabrın 30-da Kalvert-Lyuenin Mançester klubuna keçmək əvəzinə “Lids”lə müqaviləsini uzatmaq qərarına gəldiyi məlum olub.







İngiltərə P.L.