24 noyabr 2026. Çərşənbə axşamı

“İraola mənə inam aşılayır”


“İraola mənə inam aşılayır”

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts komandanın yeni baş məşqçisi Andoni İraola ilə işləmək barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, “The Anfield Talk” alman futbolçunu sözlərini belə çatdırıb.

 “İraola ilə işləməkdən çox məmnunam. O, məşqçilik karyerası boyunca bunu sübut etmiş əla mütəxəssisdir.

Onun rəhbərliyi altında təxminən iki il əvvəl nümayiş etdirdiyim səviyyəyə qayıdıram. Həmin vaxt yaxşı futbol oynaya bilirdim. İraolanın mənə inam aşıladığını hiss edirəm və bu, məni çox sevindirir”

Qeyd edək ki, ispaniyalı mütəxəssis mövsümün əvvəlində vəzifəyə təyin olunaraq istefaya göndərilən Arne Slotu əvəz edib.

Almaniyalı futbolçu “Mançester Yunayted”lə son oyunda (4:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.

“İraola mənə inam aşılayır”
  • İngiltərə P.L.
  • 22:53 24.11.2026
“İraola mənə inam aşılayır”