- İngiltərə P.L.
- 23:28 24.11.2026
“Tottenhem”in hücumçusu Riçarlisonun agenti Fidel Karvalyo Soareş futbolçuya “Əl-Əhli”nin marağı ilə bağlı yayılan xəbərləri şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu İvan Toninin ayrılacağı təqdirdə braziliyalı hücumçunu transfer etməyi nəzərdən keçirir.
“Riçarlison Səudiyyə Ərəbistanına köçmək fikrinə həqiqətən müsbət yanaşır. Lakin hazırda Səudiyyə klublarından heç bir əlaqə olmayıb. Bunlar sadəcə şayiələrdir”, – deyə agent “Al Arabiya”ya açıqlamasında bildirib.
Riçarlisonla Türkiyənin “Trabzonspor” klubu da maraqlanır. Trabzon təmsilçisi mövsümün əvvəlində uğursuz alınan transfer cəhdindən sonra braziliyalı futbolçunun namizədliyini yenidən nəzərdən keçirir. Həmin vaxt danışıqlar “Tottenhem”in maliyyə tələblərinə görə nəticəsiz qalmışdı.
Toniyə isə İngiltərə Premyer Liqasının bir neçə klubu, o cümlədən “Nyukasl”, “Mançester Yunayted” və “Kristal Pelas” maraq göstərir.