24 noyabr 2026. Çərşənbə axşamı

“Virtsi tənqid etsəm də, ona inamımı itirməmişdim”


“Virtsi tənqid etsəm də, ona inamımı itirməmişdim”

“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard komandanın yarımmüdafiəçisi Florian Virtsin son çıxışlarını yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, o, bu barədə “The Overlap” podkastında danışıb.

 “Xətlər arasında oynamağı sevən hücumameyilli yarımmüdafiəçinin müdafiənin arxasına qaçışlar edən komanda yoldaşlarına ehtiyacı var. Düşünürəm ki, hazırda komandada onun üçün belə futbolçular var.

Mən həqiqətən də Virtsin daha yaxşı oynamalı olduğunu demişdim. Amma onu silib atmağa, barəsində hökm verməyə hazır olanlardan deyildim. “Liverpul”a keçməzdən əvvəl də onun oyununu kifayət qədər izləmişdim”, – deyə Cerrard bildirib.

Qeyd edək ki, Virts “Kristal Pelas”la (3:1) oyunda bir qol vurub, bir məhsuldar ötürmə verib. Almaniyalı futbolçu “Mançester Yunayted”lə (4:0) qarşılaşmada da eyni göstəricilərə imza atıb.

Virts 2025-ci ildə 125 milyon avroya “Liverpul”a transfer olunub. Bu, klubun rekord transferidir. Yarımmüdafiəçi İngiltərə klubundakı ilk mövsümündə çətinliklər yaşayıb. 23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 16 matça çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.







İngiltərə P.L.

“İraola mənə inam aşılayır”
  • İngiltərə P.L.
  • 22:53 24.11.2026
“İraola mənə inam aşılayır”