24 noyabr 2026. Çərşənbə axşamı

Yoro ilə bağlı qırmızı vərəqə qərarı ləğv edildi


Yoro ilə bağlı qırmızı vərəqə qərarı ləğv edildi

İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Yunayted”in müdafiəçisi Leni Yoroya verilən diskvalifikasiyanı ləğv edib.

90deqiqe.Az-ın klubun saytına istinadən məlumatına görə, “Mançester Yunayted” İngiltərə çempionatının noyabrın 22-də “Liverpul”a qarşı keçirilən oyununda futbolçunun meydandan qovulması ilə bağlı apellyasiya şikayəti verib və şikayət təmin olunub.

Həmin qarşılaşmada Yoro “Liverpul”un hücumçusu Aleksandr İsakın üzərinə kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Lakin müstəqil intizam komissiyası meydandan qovulma qərarını səhv hesab edərək müdafiəçinin bir oyunluq diskvalifikasiyasını ləğv edib. Qərarın ətraflı əsaslandırmasının daha sonra açıqlanacağı bildirilib.

Qeyd edək ki, “Mançester Yunayted” 8 xalla İngiltərə çempionatının turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.

“İraola mənə inam aşılayır”
  • İngiltərə P.L.
  • 22:53 24.11.2026
“İraola mənə inam aşılayır”