- İngiltərə P.L.
- 17:29 25.11.2026
İngiltərə millisının sabiq futbolçusu Rəhim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib.
90deqiqe.Az-ın “The Guardian”a istinadən məlumatına görə, müvafiq qərar bu gün Beyzinqstok Magistratura Məhkəməsində çıxarılıb.
31 yaşlı futbolçuya 18 aylıq sınaq müddəti təyin olunub. O, həmçinin 100 saat ictimai iş görməli və iki il müddətində avtomobil idarə etmək hüququndan məhrum edilib.
Qeyd edək ki, Sterlinq may ayında yol-nəqliyyat hadisəsinə düşüb. Sentyabrda isə təhlükəli avtomobil idarə etməsi və analiz üçün nümunə verməkdən imtina etməsi ilə bağlı ittihamlarla üzləşib.
Hazırda klubsuz olan futbolçu son olaraq Niderlandın “Feyenoord” klubunda çıxış edib. Karyerası ərzində İngiltərənin “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” komandalarının formasını geyinib.
İngiltərə millisində 82 oyun keçirən Sterlinq 20 qola imza atıb.