25 noyabr 2026. Çərşənbə

“Tottenhem” gənc futbolçusu ilə yeni müqavilə imzaladı


“Tottenhem” gənc futbolçusu ilə yeni müqavilə imzaladı

“Tottenhem” hücumameyilli yarımmüdafiəçisi Luka Uilyams-Barnettlə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisi 18 yaşlı futbolçu ilə bağlanan yeni müqavilənin müddətini açıqlamayıb.

Uilyams-Barnett bu yaxınlarda İngiltərə Premyer Liqasında “Tottenhem”in start heyətində debüt edib. O, çempionatın 11-ci turunda “İpsviç”ə qarşı keçirilən matçda bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Gənc yarımmüdafiəçinin klubun əsas komandasında ümumilikdə beş oyunu var.

Mətbuatda yayılan xəbərlərə görə, “Bavariya”, Dortmund “Borussiya”sı, “Çelsi”, “Mançester Siti” və “Mançester Yunayted” kimi nəhəng klublar qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaqda maraqlı olublar.

Qeyd edək ki, Roberto De Zerbinin rəhbərlik etdiyi “Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.







İngiltərə P.L.

“İraola mənə inam aşılayır”
  • İngiltərə P.L.
  • 22:53 24.11.2026
“İraola mənə inam aşılayır”