25 noyabr 2026. Çərşənbə

Qlasner İngiltərədə oynayıb ingilis dilini öyrənməyən futbolçuları tənqid edib


Qlasner İngiltərədə oynayıb ingilis dilini öyrənməyən futbolçuları tənqid edib
Rəsmi

“Nottingem Forest”in baş məşqçisi Oliver Qlasner İngiltərədə bir neçə il çıxış etmələrinə baxmayaraq, ingilis dilini öyrənməyən futbolçuları tənqid edib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis futbolçuların çıxış etdikləri ölkənin dilini bilməsinin vacibliyini vurğulayıb.

“Bəzi futbolçular artıq dörd ildir buradadırlar, lakin hələ də ingiliscə danışmırlar. İtaliyada futbolçular cəmi üç aydan sonra italyan dilində müsahibələr verirlər. İngiltərədə işləmək istəyirəmsə, ingiliscə danışmalıyam. İtaliyada işləyirəmsə, italyanca danışmalıyam. Öz ləhcəmdə danışmaq istəyirəmsə, o zaman Avstriyada, evimdə qala bilərəm”, – deyə Qlasnerin sözlərini "BBC" yayıb.

Məlumata görə, “Nottingem Forest” yanvar transfer pəncərəsində heyətinə beş futbolçuya qədər cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, bazar ertəsi Qlasner London şəhərində klubun sahibi Evangelos Marinakislə altı saat davam edən görüş keçirib. Tərəflər komandanın heyətini, məşqçilər korpusunu və klubdakı ümumi vəziyyəti müzakirə ediblər.

 Hazırda komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“İraola mənə inam aşılayır”
  • İngiltərə P.L.
  • 22:53 24.11.2026
“İraola mənə inam aşılayır”