27 noyabr 2026. Cümə

“Tottenhem”in futbolçusu sıradan çıxdı


“Tottenhem”in futbolçusu sıradan çıxdı
France 24

İngiltərənin “Tottenhem” klubu futbolçusu Savinyonu bir neçə həftəlik itirib.

90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən məlumatına görə, braziliyalı vinger budunun arxa əzələsindən aldığı zədənin təkrarlanması səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

22 yaşlı futbolçu “İpsviç”lə keçirilən və 2:0 hesabı ilə başa çatan matçda zədələnərək oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, Savinyo 2026-cı ilin yayında “Tottenhem”ə transfer olunub. O, London klubunun heyətində indiyədək beş oyunda meydana çıxıb, lakin qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Braziliyalı futbolçu bundan əvvəl iki mövsüm “Mançester Siti”də çıxış edib. O, İngiltərə klubunda əsas heyətin daimi üzvü olmasa da, rotasiya oyunçusu kimi istifadə edilib. Savinyo “Atletiko Mineyro” klubunun yetirməsidir.







İngiltərə P.L.

“Tottenhem”in futbolçusu sıradan çıxdı
  • İngiltərə P.L.
  • 23:17 26.11.2026
“Tottenhem”in futbolçusu sıradan çıxdı