27 noyabr 2026. Cümə

Karraher “Mançester Yunayted”in qapıçısı ilə bağlı narahatlığını dilə gətirdi


Karraher “Mançester Yunayted”in qapıçısı ilə bağlı narahatlığını dilə gətirdi
Rəsmi

“Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol eksperti kimi fəaliyyət göstərən Ceymi Karraher “Mançester Yunayted”in qapıçısı Senne Lammens barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ekspert “Sky Sports”a açıqlamasında Mançester təmsilçisinin qapıçı mövqeyindəki vəziyyətinin kritik həddə çatdığını bildirib.

“Hazırda klubda qapıçı ilə bağlı vəziyyət artıq kritik həddə çatıb. “Mançester Yunayted”in qapıçısı səhvə yol verəndə daim diqqət mərkəzində olur. Lakin ehtiyat qapıçının əsas heyətdəki oyunçunu əvəzləyəcək səviyyədə olduğunu düşünmürəm”, – deyə Karraher bildirib.

Qeyd edək ki, Senne Lammensin “Mançester Yunayted”də ehtiyat qapıçıları Karl Darlo və təcrübəli Tom Hitondur.

Xatırladaq ki, belçikalı qolkiper UEFA Çempionlar Liqasının Li̇sabonda “Sportinq”ə qarşı keçirilən son oyununda ciddi səhvə yol verib. Onun kobud səhvi qarşılaşmanın 2:2 hesabı ilə başa çatmasına səbəb olub. Nəticədə Mançester klubu turnir cədvəlində iki xal itirib.







İngiltərə P.L.

“Tottenhem”in futbolçusu sıradan çıxdı
  • İngiltərə P.L.
  • 23:17 26.11.2026
“Tottenhem”in futbolçusu sıradan çıxdı