- İngiltərə P.L.
- 00:12 27.11.2026
“Liverpul”un yarımmüdafiəçisi Viktor Munyosun zədəsinin ciddi olmadığı məlum olub.
90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, Çempionlar Liqasının V turunda “Brügge” ilə matçda zədələnən 23 yaşlı futbolçu güclü əzilmə ilə kifayətlənib.
İspaniyalı oyunçu qarşılaşmanın 42-ci dəqiqəsində meydanı tərk edib. Onun əvəzinə Rio Nqumoa oyuna daxil olub.
Munyos bu mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının XII turunda noyabrın 29-da “Everton”la qarşılaşacaq.