- İngiltərə P.L.
- 00:12 27.11.2026
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanın İngiltərə Premyer Liqasındakı uğursuz çıxışlarına baxmayaraq, vəziyyəti düzəldəcəyinə inanır.
90deqiqe.Az-ın “The Touchline” nəşrinə istinadən məlumatına görə, Kin komandanın yaxın həftələrdə turnir cədvəlində yüksələcəyini və mövsümü ilk onluqda başa vuracağını düşünür.
“Mançester Yunayted” aşağı liqaya düşməyəcək. Qarşıdakı bir neçə həftə ərzində turnir cədvəlində irəliləyəcəklər və mövsümün sonunda ilk onluqda yer alacaqlar. Şənbə günü “Brentford”a qalib gələcəklər”, – deyə sabiq futbolçu bildirib.
Qeyd edək ki, 11 turdan sonra Mançester təmsilçisi 8 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və aşağı liqaya düşmə zonasındadır. “Mançester Yunayted” İngiltərə Premyer Liqasının XII turunda noyabrın 28-də “Brentford”la qarşılaşacaq.