27 noyabr 2026. Cümə

“Lids” hücumçusu ilə müqavilənin müddətini uzatdı


“Lids” hücumçusu ilə müqavilənin müddətini uzatdı
Rəsmi

İngiltərənin “Lids” klubunun hücumçusu Dominik Kalvert-Lyuin komandadan ayrılmaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı ingiltərəli futbolçu klubla yeni müqavilə imzalayıb. Tərəflər arasında imzalanan sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Kalvert-Lyuin cari mövsümdə İngiltərə çempionatında 11 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda beş qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hücumçu uzun müddət “Everton”un formasını geyinib. Hazırda “Lids” İngiltərə çempionatının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Tottenhem”in futbolçusu sıradan çıxdı
  • İngiltərə P.L.
  • 23:17 26.11.2026
“Tottenhem”in futbolçusu sıradan çıxdı