28 noyabr 2026. Şənbə

“Tənqid başqadır, irqçilik və şəxsi təhqirlər tamam başqa”


 “Tənqid başqadır, irqçilik və şəxsi təhqirlər tamam başqa”
Rəsmi

“Çelsi”nin müdafiəçisi Uesli Fofana azarkeşlər tərəfindən ünvanına səsləndirilən təhqirlər və irqçi mesajlarla bağlı açıqlama verib.

90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, fransalı futbolçu “Çelsi”nin bəzi azarkeşlərindən təhqir və irqçi məzmunlu mesajlar almağa artıq öyrəşdiyini bildirib:

“Bəzi “Çelsi” azarkeşləri mənə təhqiramiz, hətta irqçi məzmunlu mesajlar göndərməkdə davam edəcəklər. Düzünü desəm, artıq buna öyrəşmişəm. İndi bu, məni təəccübləndirmir.

Öz oyunumla bağlı məsuliyyəti üzərimə götürürəm. Ancaq insanlar anlamalıdırlar ki, futbolçular da insandır. Tənqid futbolun bir hissəsidir və bunu başa düşürəm. Lakin irqçilik və şəxsi təhqirlər tamam başqa məsələdir. Bir insan kimi şəxsiyyətimi hədəfə almadan da oyunumun səviyyəsini tənqid etmək mümkündür”.

Qeyd edək ki, azarkeşlərin narazılığı Fofananın fransalı bloqer Zak Naniyə verdiyi müsahibədən sonra artıb. Belə ki, futbolçu “Liverpul”la qarşılaşmada uğursuz yerinə yetirdiyi penalti barədə danışarkən buna gülüb.

Fofana uğursuzluqlardan sonra irəli getmək üçün bəzən onlara gülməyi bacarmağın vacib olduğunu bildirib. O, bu davranışının kluba qarşı laqeyd münasibət kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.

Xatırladaq ki, 25 yaşlı  futbolçu İngiltərə Premyer Liqasının son turunda “Nottingem Forest”ə 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada hər dəfə topa toxunduqda azarkeşlərin fitə basmasına məruz qalıb. Premyer Liqada ardıcıl üç məğlubiyyət alan “Çelsi” hazırda turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. London təmsilçisi növbəti oyununu “Kristal Pelas”a qarşı keçirəcək.







İngiltərə P.L.

“Bu, bizim reallığımızdır”
  • İngiltərə P.L.
  • 22:05 28.11.2026
“Bu, bizim reallığımızdır”
“Tottenhem”in futbolçusu sıradan çıxdı
  • İngiltərə P.L.
  • 23:17 26.11.2026
“Tottenhem”in futbolçusu sıradan çıxdı