- İngiltərə P.L.
- 22:05 28.11.2026
“Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 12-ci turunda “Brentford”a 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.
90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, mütəxəssis komandanın hazırkı vəziyyətini etiraf edərək futbolçuları birliyə və nəticələri yaxşılaşdırmağa çağırıb.
“0:4 hesabı ilə məğlub olmaq, xüsusilə də ilk oyunda Liverpulda, indi isə öz meydanımızda, “Old Trafford”da belə nəticə ilə üzləşmək yaxşı mənzərə deyil. Biz birliyimizi qorumalı, çətinliklərin öhdəsindən birlikdə gəlməli və vəziyyəti düzəltməyə çalışmalıyıq. İnkişaf etməliyik, daha yaxşı oynamalıyıq. Bu, hazırkı vəziyyətimiz və reallığımızdır. Belə nəticəyə heç bir bəraət qazandırmaq mümkün deyil. Biz bu kluba gələndə vəziyyətin necə olduğunu bilirdik. Sadəcə, bunun üçün zamana ehtiyac var.
Düşünürəm ki, bugünkü oyun bizim üçün yaxşı dərs oldu. Çünki matça çox yaxşı başladıq. İlk qolu buraxana qədər, təxminən 17-20 dəqiqə ərzində “Brentford”dan daha üstün görünürdük. Komanda oyuna nəzarət edirdi və yaxşı çıxış edirdi. Pressinqimizin təşkili də uğurlu idi.
Problem ilk qoldan sonra yarandı. Söhbət komandada inam və özünə güvənin yenidən formalaşdırılmasından gedir. Buna baxmayaraq, eyni oyun tərzində davam etməliyik. Belə vəziyyətlərin futbolçuların emosional və psixoloji durumuna təsir göstərməsi normaldır”.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqanın 12 turundan sonra cəmi 8 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.