- İngiltərə P.L.
- 22:45 28.11.2026
“Koventri”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 12-ci turunda “Lids”ə 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, mütəxəssis rəqibin qələbəyə layiq olduğunu etiraf edib və komandasının bu oyunda zəif çıxış etdiyini bildirib.
“Bu gün daha güclü komanda qalib gəldi. Bu, açıq-aydın görünür. Sevindirici məqam odur ki, cari mövsümdə belə oyunlarımız çox olmayıb. Bəlkə də, yalnız “Arsenal”la ilk qarşılaşmanı istisna etmək olar.
Son oyunlarda rəqiblərimizlə bərabər səviyyədə mübarizə apara bildiyimizi, enerji və əzmkarlıq nümayiş etdirdiyimizi göstərmişdik. Lakin bu gün xeyli zəif çıxış etdik. “Lids” isə matça tam hazır idi və çox güclü komanda olduğunu sübut etdi.
Nəticə məyusedicidir. Bununla belə, futbolçuların komanda üçün nə qədər güc sərf etdiyini bilirəm. İndi əsas məsələ növbəti oyunlarda göstərəcəyimiz reaksiyadır. Bu məğlubiyyətdən lazımi nəticə çıxarmalıyıq”.
Qeyd edək ki, “Koventri” 12 turdan sonra 12 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.