28 noyabr 2026. Şənbə

“Uğurlu seriyanı qorumaq asan deyil”


“Uğurlu seriyanı qorumaq asan deyil”
Rəsmi

“Lids”in hücumçusu Dominik Kalvert-Lyuin İngiltərə çempionatının 12-ci turunda “Koventri” üzərində qazanılan ev qələbəsini şərh edib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşmadan sonra fikirlərini bölüşən Kalvert-Lyuin komandasının çıxışından razı qaldığını bildirib:

“Bu gün növbəti əla nəticəyə imza atdıq və yüksək peşəkarlıq nümayiş etdirdik. Düşünürəm ki, uğurlu seriya yaxaladığın zaman məhz belə oyunlarda xal itirmək riski daha yüksək olur”, – deyə futbolçu vurğulayıb.

Qeyd edək ki, Daniel Farkenin rəhbərlik etdiyi kollektiv rəqibini 3:0 hesabı ilə məğlub edib.“Lids” İngiltərə Premyer Liqasında ardıcıl üçüncü qələbəsini qazanıb. Komanda keçirdiyi 12 oyundan sonra 20 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Lidslilər əlavə göstəricilərə görə “Brentford”dan geri qalırlar.







İngiltərə P.L.

“Uğurlu seriyanı qorumaq asan deyil”
  • İngiltərə P.L.
  • 23:45 28.11.2026
“Uğurlu seriyanı qorumaq asan deyil”
“Bu, bizim reallığımızdır”
  • İngiltərə P.L.
  • 22:05 28.11.2026
“Bu, bizim reallığımızdır”