29 noyabr 2026. Bazar günü

“İpsviç” geridönüş edərək “Aston Villa”dan xal aldı


“İpsviç” geridönüş edərək “Aston Villa”dan xal aldı
Rəsmi

İngiltərə Premyer Liqasının 12-ci turunda “İpsviç” və “Aston Villa” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, dörd qolun qeydə alındığı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün startı kifayət qədər məhsuldar alınıb. 16-cı dəqiqədə Alissonun qolu ilə “Aston Villa” hesabı açıb. Lakin qonaqların üstünlüyü cəmi iki dəqiqə davam edib. 18-ci dəqiqədə Emersson fərqlənərək tarazlığı bərpa edib – 1:1.

Qarşılıqlı hücumlar davam edib. 27-ci dəqiqədə Joao Qomeş yenidən Birmingem təmsilçisini hesabda önə keçirib. Meydan sahibləri fasiləyədək hesabı bərabərləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər.

İkinci hissədə “İpsviç” hesabı bərabərləşdirmək üçün hücumlarını artırıb. 56-cı dəqiqədə Leyf Devis komandasının ikinci qolunu vuraraq hesabı 2:2-yə çatdırıb.

Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qolunu vurmağa çalışsa da, hesab dəyişməyib və tərəflər xalları bölüşüblər.







İngiltərə P.L.

“Uğurlu seriyanı qorumaq asan deyil”
  • İngiltərə P.L.
  • 23:45 28.11.2026
“Uğurlu seriyanı qorumaq asan deyil”
“Bu, bizim reallığımızdır”
  • İngiltərə P.L.
  • 22:05 28.11.2026
“Bu, bizim reallığımızdır”