- İngiltərə P.L.
- 02:20 29.11.2026
“Liverpul”un yarımmüdafiəçisi Florian Virts cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaradıcı futbolçusu olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə statistik məlumatları təhlil edən “Opta” şirkətinin araşdırmasında bildirilib.
Məlumata görə, almaniyalı futbolçu indiyədək 33 qol vəziyyəti yaradaraq bu göstəricidə çempionatın bütün oyunçularını qabaqlayıb. Bundan əlavə, Virts rəqibin intensiv təzyiqi altında yaratdığı qol vəziyyətlərinin sayına görə də liderdir. Onun aktivində bu göstərici üzrə 24 epizod var.
“Enfild”dəki ilk mövsümündə müəyyən çətinliklərlə üzləşən Virts tədricən optimal formasını bərpa edir. O, “Mançester Yunayted” (4:0) və “Brügge” (3:0) ilə oyunlarda hərəyə bir qol vurub.
Beləliklə, 22 yaşlı yarımmüdafiəçi klub və milli komanda səviyyəsində keçirdiyi son beş qarşılaşmada altı qol vurub.