30 noyabr 2026. Bazar ertəsi

“Liverpul” səfərdə “Everton”la heç-heçə etdi


“Liverpul” səfərdə “Everton”la heç-heçə etdi
Rəsmi

İngiltərə Premyer Liqasının XII turu çərçivəsində “Everton” və “Liverpul” komandaları arasında keçirilən Mersisayd derbisi heç-heçə ilə yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Hill Dickinson” stadionunda baş tutan qarşılaşmanı baş hakim Maykl Oliver idarə edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai açıb. O, Florian Virtsin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. 25-ci dəqiqədə isə Ceremi Frimponqun avtoqolu “Everton”a hesabı bərabərləşdirməyə imkan verib.

İkinci hissədə komandalar fərqlənə bilməyib və qarşılaşma heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra 12 oyunda 22 xal toplayan “Liverpul” Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Aktivində 17 xal olan “Everton” isə 8-ci sıradadır.







İngiltərə P.L.

“Bu xala layiq idik”
  • İngiltərə P.L.
  • 21:09 29.11.2026
“Bu xala layiq idik”