30 noyabr 2026. Bazar ertəsi

“Nyukasl” səfərdə “Brayton”u məğlub etdi


“Nyukasl” səfərdə “Brayton”u məğlub etdi
Rəsmi

Noyabrın 29-da İngiltərə Premyer Liqasının XII turu çərçivəsində “Brayton” və “Nyukasl” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün taleyi ilk hissədə həll olunub. Matçın 8-ci dəqiqəsində Harvi Barns penaltini dəqiq yerinə yetirərək “Nyukasl”ı hesabda önə keçirib. Bu qol qarşılaşmada yeganə olub.

Qoldan sonra “Brayton” hesabı bərabərləşdirmək üçün hücumlarını davam etdirsə də, meydan sahibləri rəqib müdafiəsini yarmağa müvəffəq olmayıblar.

Beləliklə, “Nyukasl” minimal hesablı üstünlüyünü final fitinədək qoruyaraq səfərdə üç xal qazanıb.







İngiltərə P.L.

“Bu xala layiq idik”
  • İngiltərə P.L.
  • 21:09 29.11.2026
“Bu xala layiq idik”