30 noyabr 2026. Bazar ertəsi

“Hall Siti” səfərdə “Kristal Pelas”ı məğlub etdi


“Hall Siti” səfərdə “Kristal Pelas”ı məğlub etdi

İngiltərə Premyer Liqasının XII turu çərçivəsində “Kristal Pelas” doğma meydanda “Hall Siti”ni qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 London təmsilçisi bu matçda qalib gəlsəydi, “Mançester Yunayted” turnir cədvəlinin sonuncu pilləsinə düşəcəkdi. Lakin “Hall Siti” buna imkan verməyib.

“Selhörst Park” stadionunda keçirilən görüşdə qonaqların heyətində Skott Makberni, Tomas və Sleter fərqləniblər. “Kristal Pelas” isə matçın sonlarına yaxın Larsen və Uortonun qolları ilə hesab arasındakı fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu qələbədən sonra xallarının sayını 17-yə çatdıran “Hall Siti” turnir cədvəlinin 9-cu pilləsinə yüksəlib. Yeddi xalı olan “Kristal Pelas” isə sonuncu – 20-ci sırada qalıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında növbəti turun oyunları həftəiçi keçiriləcək.







İngiltərə P.L.

“Bu xala layiq idik”
  • İngiltərə P.L.
  • 21:09 29.11.2026
“Bu xala layiq idik”