- İngiltərə P.L.
- 23:55 29.11.2026
“Everton”un baş məşqçisi Devid Moyes İngiltərə Premyer Liqasının XII turunda “Liverpul”la keçirilən Mersisayd derbisindən sonra komandasının çıxışından razı qaldığını bildirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra fikirlərini bölüşüb.
“Bir xal qazandığımız üçün şadam. “Liverpul” hazırda yaxşı formadadır və bizi çətin oyunun gözlədiyini bilirdik. Bu gün bir çox məqamda düzgün oynadıq. Azarkeşlərimiz də böyük rol oynadılar və düşünürəm ki, bu xala layiq idik.
Bazar ertəsi baş verən məğlubiyyətdən sonra bu gün oyunun cəmi dördüncü dəqiqəsində qol buraxdıq. Buna baxmayaraq, futbolçular mübarizəni dayandırmadılar və təslim olmadılar. Oyuna qayıtmağı bacardıq, müdafiədə isə etibarlı çıxış etdik”, – deyə Moyes bildirib.
Qeyd edək ki, “Everton” 12 turdan sonra 17 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb.