30 noyabr 2026. Bazar ertəsi

“Komandamın mübarizəsi məni çox təsirləndirdi”


“Komandamın mübarizəsi məni çox təsirləndirdi”
Rəsmi

“Mançester Siti”nin baş məşqçisi Enso Mareska İngiltərə Premyer Liqasının XII turunda “Arsenal”la keçirilən qarşılaşmadan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis 2:2 hesabı ilə başa çatan görüşdə futbolçularının mübarizəsindən razı qaldığını bildirib.

“Məni komandamızın meydanda baş verənlərə necə reaksiya verməsi və mübarizə aparması çox təsirləndirdi. Sabit çıxış etmək və rəqabətədavamlı olmaq vacibdir.

Futbolçulara demişdim ki, bu oyundan sonra xal fərqi üç, altı və ya doqquz ola bilər. Bura qələbə qazanmaq üçün gəlmişdik. Lakin hazırkı mərhələdə ən vacib məsələ yeni bir komanda qurmağa çalışmağımızdır.

Necə mübarizə apardığımız, hücum etdiyimiz və müdafiə olunduğumuz önəmlidir. Düşünürəm ki, bu gün həmin məqamlarda özümüzü yaxşı tərəfdən göstərə bildik”, – deyə Mareska “Sky Sports”a açıqlamasında bildirib.

Qeyd edək ki, 12 turdan sonra 23 xal toplayan “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Arsenal”dan altı xal geri qalır.







İngiltərə P.L.

“Bu xala layiq idik”
  • İngiltərə P.L.
  • 21:09 29.11.2026
“Bu xala layiq idik”