16 avqust 2026. Bazar günü

Mançester Siti, Liverpul və Çelsi'dən qələbə, Mançester Yunayted uduzdu


Mançester Siti, Liverpul və Çelsi'dən qələbə, Mançester Yunayted uduzdu

İngiltərə Premyer Liqasında 11-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. 

“Bornmut” öz meydanında “Mançester Yunayted”lə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla məğlub olub. 

Lider “Liverpul” səfərdə “Aston Villa”nın qonağı olub və əzmkar qələbə qazanıb.

“Mançester Siti” “Sauthempton”la, “Çelsi” isə “Uotford”la qarşılaşıb. "Şəhərlilər" doğma meydanda, londonlular isə səfərdə qalib gəliblər.

“Arsenal” isə “Vulverhempton”la ev oyununda heç-heçəyə razılaşıb.

İngiltərə Premyer Liqası
11-ci tur

2 noyabr

Bornmut – Mançester Yunayted 1:0
Qol: Kinq, 45.

Arsenal – Vulverhempton 1:1
Qol: Obameyanq, 21 – R.Ximenes, 76.

Aston Villa – Liverpul 1:2
Qol: Trezeqe, 21 – Robertson, 87. Mane, 90+4.

Brayton – Norviç 2:0
Qol: Trossard, 68. Daffi, 84.

Mançester Siti – Sauthempton 2:1
Qol: Aquero, 70. Uolker, 86 – Uord-Prouz, 13.

Şeffild Yunayted – Bernli 3:0
Qol: Lundstram, 17; 43. Flek, 44.

Vest Hem – Nyukasl 2:3
Qol: Balbuena, 73. Snodqrass, 90 – Klark, 16. Fernandes, 22. Şelvi, 51.

Uotford – Çelsi 1:2
Qol: Deulofeu, 79 – Abraham, 5. Pulişiç, 55.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi