16 avqust 2026. Bazar günü

Arsenal Emerini göndərir - Mourinyo ilə görüşdü


Arsenal Emerini göndərir - Mourinyo ilə görüşdü

Arsenal'ın idman direktoru Raul Sanlyei “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo ilə birgə nahar edib.

Corner.az “The Times” nəşrinə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Unai Emeri ilə futbolçular arasında münasibətlərin pisləşməsindən, həmçinin ünsiyyətdə dil probleminin olmasından narahatdır. İspan məşqçinin artıq bir-iki oyunluq liminin qaldığı da iddia edilir.

“Arsenal”ın hazırda İngiltərə Premyer Liqasına yaxşı bələd olan nüfuzlu məşqçi axtarışında olduğu, Mourinyonun planlarının isə klub rəhbərliyini razı saldığı bildirilir.(qol)







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi