13 may 2026. Çərşənbə

Tottenhem'lə matçda zədələnən futbolçu əməliyyat olunacaq - VİDEO


Tottenhem'lə matçda zədələnən futbolçu əməliyyat olunacaq - VİDEO

"Everton"nun futbolçusu Andre Qomeş İngiltərə Premyer Liqasının XI turunda "Tottenhem"lə oyunda aldığı qorxunc zədədən sonra əməliyyat olunacaq.

Corner.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin ayaq biləyi matçın 79-cu dəqiqəsində qırılıb. Rəqib futbolçu Son Hın Minin kobudluğundan sonra o, yerə uğursuz düşüb. Üstəlik, "Tottenhem"in daha bir oyunçusu Serj Oryo da Qomeşin ayağına zərbə endirib. Referi Martin Atkinson Son Hın Minə qırmızı vərəqə göstərib. 

Sağ ayağı qırılan 26 yaşlı futbolçu stadiondan birbaşa xəstəxanaya aparılıb. Həkimlər Qomeşin zədəsinin tibbi müdaxiləyə ehtiyacının olduğunu bildiriblər.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Everton"un qolunu Türkiyə milli komandasının hücumçusu Cenk Tosun 90+8-ci dəqiqədə vurub. Olaya biganə qalmayan Tosun Anre Qomeşin fotosunu şəxsi "Instagram"ında paylaşaraq, insan sağlamlığının hər şeydən üstün olduğunu bildirib və komanda yoldaşına mənəvi dəstək olub.(report)







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi