16 avqust 2026. Bazar günü

Silva Liverpul'la oyunu buraxa bilər


Silva Liverpul'la oyunu buraxa bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva Premyer Liqanın XII turunda "Liverpul"la keçiriləcək görüşü buraxa bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ispaniyalı futbolçunun zədəli olmasıdı.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 33 yaşlı futbolçunun durumunun qeyri-müəyyən olduğunu söyləyib: "Sauthempton"la oyunun ilk hissəsinin sonuna 5 dəqiqə qalmış Silva əzələ problemi yaşadığını bildirdi. Belə vəziyyətdə əgər oyunu davam etdirə bilmirsənsə, 10-12 günlük meydandan uzaq olmalı olursan".

Silvanın Çempionlar Liqasının qrup mərhələsində "Atalanta" ilə qarşılaşmanı buraxacağı dəqiqdi. Təcrübəli futbolçunun "Liverpul"la noyabrın 10-da keçiriləcəyi oyunda iştirakı ilə həkimlərin qərarından asılı olacaq.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi