16 avqust 2026. Bazar günü

Enrike ilə danışıqlar başladı


Enrike ilə danışıqlar başladı

Premyer Liqanın 12-ci turunda “Lester”ə məğlub olan (0:2) və bu mövsüm uğursuz çıxışlarını davam etdirən “Arsenal”da yeni baş məşqçi axtarışları davam edir.

Corner.az goal.com-a istinadən xəbər verir ki, London klubu keçmiş məşqçisi Arsen Vengerlə yanaşı İspaniya millisi və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeylə də danışıqlara başlayıb.

Qeyd edək ki, 9 yaşlı qızının vəfatı səbəbi ilə Enrike bu ilin martından heç bir yerdə çalışmır.

Əlavə edək ki, hazırda İngiltərə liqasında 6-cı yeri tutan “Arsenal”ın yaxın vaxtlarda hazırkı baş məşqçisi Unai Emeri ilə yolları ayıracağı iddia edilir.







İngiltərə P.L.

“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi