5 dekabr 2025. Cümə

Mourinyo “Liverpul”u çempion sayır - “Yarış bitdi”


Mourinyo “Liverpul”u çempion sayır - “Yarış bitdi”
Məşhur portuqaliyalı məşqçi Jose Mourinyo İngiltərə Premyer Liqasının 12-ci turunda keçirilən “Liverpul” – “Mançester Siti” oyunundan (3:1) sonra maraqlı açıqlamalar verib.

Corner.az-ın məlumatına görə, “Sky Sports”a danışan mütəxəssis Premyer Liqada "qırmızılar"ın qələbəsindən sonra çempionluq yarışının bitdiyini deyib:
“Məncə, Premyer Liqada çempionluq yarışı sona çatdı. Qeyri-adi hadisə olmasa, ya da önəmli bir futbolçusu ciddi zədələnməsə, “Liverpul” çempionluğu əldən verməyəcək. “Mançester Siti” ard-arda 8-9 oyun qalib gələ biləcək potensiala sahibdir, ancaq “Liverpul”un 9 xallıq fərqi əldən verəcəyini düşünmürəm”.
Qeyd edək ki, “Liverpul” “Mançester Siti” ilə oyundan sonra xallarının sayını 34-ə çatdıraraq vahid liderdirliyi davam etdirir. Ən yaxın izləyicilləri – 2-ci və 3-cü yerləri bölüşən “Lester” və “Çelsi”nin 26,  4-cü pilləyə düşən “Mançester Siti”nin 25 xalı var.





İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə