12 may 2026. Çərşənbə axşamı

Onda Çelsi'dən qovulmamışdım - Mourinyo


Onda Çelsi'dən qovulmamışdım - Mourinyo

“Tottenhem”in yeni baş məşqçisi Joze Mourinyonun London klubunda keçirdiyi ilk mətbuat konfransında maraqlı anlar yaşanıb.

Corner.az-ın Britaniya mətbuatına istinadən xəbərinə görə, portuqaliyalı mütəxəssis jurnalistlərin verdiyi suallara özünəməxsus cavablar verib.

O,  “4 il əvvəl sizə "Tottenhem"ə mümkün keçidiniz barədə sual ünvanlanmışdı. Siz isə "Çelsi"ni, azarkeşləri çox sevdiyinizi və heç vaxt "Tottenhem"i çalışdırmayacağınızı demişdiniz. İndi nə dəyişib” sualına belə cavab verib: “Onda "Çelsi"dən qovulmamışdım (gülür).

Daha sonra digər jurnalistin verdiyi “Sizcə, Çempionlar Liqasının finalında məğlub olmaq “Tottenhem”ə necə təsir etdi” sualını isə belə cavablandırıb: “Bilmirəm. Çünki mən heç vaxt Çempionlar Liqasının finalında məğlub olmamışam”.

Qeyd edək ki, daha öncə “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted"də çalışan 56 yaşlı mütəxəssis 2 dəfə Çempionlar Liqasının, 1 dəfə Avropa Liqasının qalibi olub.(qol)







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi