12 may 2026. Çərşənbə axşamı

Mançester Siti Çelsi'ni məğlub etdi, Liverpul'dan qələbə


Mançester Siti Çelsi'ni məğlub etdi, Liverpul'dan qələbə
 İngiltərə Premyer Liqasında 13-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. 
 
Açılış görüşündə baş məşqçi postuna Joze Mourinyonu gətirən “Tottenhem” səfərdə “Vest Hem”in qonağı olub. Portuqaliyalı mütəxəssis debüt matçında çətin qələbə qazanıb.
 
“Arsenal” bu turda “Sauthempton”la, “Liverpul” isə “Kristal Pelas”la qarşılaşıb. London klubu xal itirdiyi halda, lider inamlı qələbə qazanıb. Turun mərkəzi görüşündə “Mançester Siti” öz meydanında “Çelsi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbə qazanıb.
 
İngiltərə Premyer Liqası
13-cü tur
23 noyabr
 
Vest Hem – Tottenhem 2:3
Qol: M.Antonio, 73. Oqbonna, 90+6 – Son, 36. Lukas, 43. H.Keyn, 49.
 
Arsenal – Sauthempton 2:2
Qol: Lakazette, 18; 90+6 – İnqs, 8. Uord-Prouz, 71.
 
Bornmut – Vulverhempton 1:2
Qol: Kuk, 59 – Moutinyo, 21. R.Ximenes, 31.
 
Brayton – Lester 0:2
Qol: A.Peres, 64. C.Vardi, 82-pen.
 
Kristal Pelas – Liverpul 1:2
Qol: Zaha, 82 – Mane, 49. Firmino, 85.
 
Everton – Norviç 0:2
Qol: Kantvell, 55. Srbeni, 90+2.
 
Uotford – Bernli 0:3
Qol: Vud, 53. Barnes, 82-pen. Tarkovski, 88.
 
Mançester Siti – Çelsi 2:1
Qol: De Breyne, 29. Mahrez, 37 – Kante, 21.






İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi