8 noyabr 2026. Bazar günü

Mançester Siti'də Aquero şoku


Mançester Siti'də Aquero şoku
Mançester Siti ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, sözügedən komandanın hücumçusu Serxio Aquero sıradan çıxıb.
 
O, İngiltərə Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş “Çelsi” ilə görüşdə zədələnib.
 
“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Aqueronun zədəsinin ciddi olduğunu bildirib. Onun sözlərinə görə, argentinalı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Qvardiola 31 yaşlı futbolçunun dekabrın 7-də baş tutacaq “Mançester Yunayted”lə derbi matçına da oynamayacağını deyib.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”