21 mart 2026. Şənbə

İbrahimoviçin Tottenhem'ə keçməsinin mənası yoxdur - Mourinyo


İbrahimoviçin Tottenhem'ə keçməsinin mənası yoxdur - Mourinyo

Tottenhem'in baş məşqçisi Joze Mourinyo "Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviçi transfer etmək istədikləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

Corner.az-ın Britaniya mətbuatına istinadən xəbərinə görə, 56 yaşlı mütəxəssis bu iddiaları təkzib edib: "Belə ehtimal da yoxdur. Heyətimizdə Keyn kimi İngiltərənin ən yaxşı hücumçusu var. O, eyni zamanda dünyanın ən yaxşı hücumçularından biridir".

Portuqaliyalı çalışdırıcı daha sonra deyib: "İbrahimoviçin yaşı 35-dən yuxarı olsa da, o, hər komandada oynaya biləcək səviyyədədir. Bu cür futbolçunun Keyn kimi futbolçuya sahib olduğumuz zamanda "Tottenhem"ə keçməsinin mənası yoxdur".(qol)







İngiltərə P.L.

"Biz Kerrikdən çox məmnunuq"
  • İngiltərə P.L.
  • 23:27 20.03.2026
"Biz Kerrikdən çox məmnunuq"
"İsak hələ tam hazır deyil"
  • İngiltərə P.L.
  • 23:26 17.03.2026
"İsak hələ tam hazır deyil"
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
  • İngiltərə P.L.
  • 20:48 17.03.2026
İsak yaşıl meydanlara qayıtmağa yaxındır
"Aston Villa" ulduzunu itirə bilər
  • İngiltərə P.L.
  • 13:25 17.03.2026
"Aston Villa" ulduzunu itirə bilər