8 noyabr 2026. Bazar günü

Unai Emeri istefaya göndərildi


Unai Emeri istefaya göndərildi

“Arsenal” baş məşqçisi Unai Emerini istefaya göndərib.

Corner.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Buna səbəb komandanın son uğursuz çıxışları olub. İspaniyalı mütəxəssis öz məşqçi heyəti ilə birgə “Arsenal”dan ayrılıb. Baş məşqçi vəzifəsinin müvəqqəti olaraq Fredrik Yunqberq icra edəcək.

Qeyd edək ki, London təmsilçisi bütün turnirlərdə son 7 matçın heç birində qələbə qazana bilməyib. Bu isə klubun son 27 ildə ən pis göstəricisidir.

Əlavə edək ki, 48 yaşlı mütəxəssis “Arsenal”ı 2018-ci ilin yazından çalışdırırdı.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”