20 aprel 2026. Bazar ertəsi

Qvardiola müqaviləsini uzatmaq istəyir


Qvardiola müqaviləsini uzatmaq istəyir

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləni uzatmağa hazırdır.

Corner.az "goal.com"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə İngiltərə Premyer Liqasının 14-cü turunda "Nyukasl"la oyunu öncəsi keçirilən mətbuat konfransında danışıb.

O, uğurlu nəticələrin davam edəcəyi təqdirdə klubdan ayrılmayacağını bildirib: "Mançester Siti"dəki gələcəyim nəticələrdən asılıdır. Görək, 5 ildən sonra nə olacaq. Bəli, mən klubla müqavilə yeniləməyə hazıram. Bu komandada işləmək mənə rahatdır. Birlikdə daha böyük uğurlar qazana biləcəyimizi hiss etməliyik. Nə vaxt ki bu cür düşünməsəm, onda klub rəhbərliyi ilə oturub danışacam".

Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”ni çalışdıran Qvardiolanın "şəhərlilər"lə 2021-ci ilin yayına qədər müqaviləsi var.(qol)







İngiltərə P.L.

"Bütün mövqelərdə problemlərimiz var"
  • İngiltərə P.L.
  • 23:30 19.04.2026
"Bütün mövqelərdə problemlərimiz var"
“Arsenal” gözləntiləri doğrultmadı"
  • İngiltərə P.L.
  • 22:27 19.04.2026
“Arsenal” gözləntiləri doğrultmadı"
Rodri “Arsenal”la oyunda zədələndi
  • İngiltərə P.L.
  • 21:48 19.04.2026
Rodri “Arsenal”la oyunda zədələndi