25 mart 2026. Çərşənbə

La Liqada yeni rekordçu


La Liqada yeni rekordçu
İspaniya La Liqasının 16-cı turunun “Atletik”lə oyun “Betis”in hücumçusu Xoakin üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, komandasının 3:2 hesabıyla qalib gəldiyi görüşdə 38 yaşlı futbolçu La Liqanın tarixinə düşüb.
 
Belə ki, “Betis”in hər üç qolunu vuran Xoakin La Liqa tarixində het-trikə imza atan ən yaşlı futbolçu ünvanına sahib olub. O, buna 38 yaş, 140 günlüyündə nail olub.
 
Qeyd edək ki, Xoakin “Atletik”in qapısına matçın ilk 20 dəqiqəsində (2, 11 və 20) qol vurub. Təcrübəli futbolçu indiyə qədər La Liqada 532 oyun keçirib, 74 qola, 54 məhsuldar ötürməyə imza atıb.
 
Əlavə edək ki, İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş  “Real”ın əfsanəsi Alfredo Di Stefanoya aid idi.






İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi