5 oktyabr 2026. Bazar ertəsi

Millimizin üzvü qovuldu, oyun yarıda qaldı


Millimizin üzvü qovuldu, oyun yarıda qaldı
 İspaniya 2-ci liqasında 20-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Rayo Valyekano”nun qonağı olub. Amma bu görüş yarıda qalıb. Belə ki, ilk hissənin sonlarında “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli azarkeşlər tərəfindən təhqir olunub və faşist şüarları səsləndirilib. Bun səbəbdən görüşün baş hakimi oyunun təxirə salınmasına qərar verib.


İsrafilov da bu oyunun iştirakçısı olub. Millimizin üzvü oyun dayandırılmazdan öncə, 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
 
Qeyd edək ki, “Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.






İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”