- İspaniya L.L.
- 22:56 22.11.2024
İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" - "Real" oyunu öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniyada müstəqillik tərəfdarları olan bir sıra qrup "Kamp Nou"nun girişini bağlamaq və oyun zamanı meydançaya daxil olaraq matçı boykot etmək niyyətindədirlər.
Yerli polis orqanları tərəfindən oyuna ümumilikdə 3 mindən çox təhlükəsizlik işçisinin cəlb olunacağı bildirilir.
Dekabrın 18-də keçiriləcək "El-Klassiko" Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən oktyabrın 26-da keçirilməli olan "Barselona" - "Real" matçı təxirə salınmışdı.(qol)