5 oktyabr 2026. Bazar ertəsi

Barselona'nın futbolçusu El Klasiko'nu buraxacaq


Barselona'nın futbolçusu El Klasiko'nu buraxacaq

İspaniya La Liqasının10-cu turundan təxirə salınmış matçda "Real"la qarşılaşacaq "Barselona" oyuna ciddi itki ilə çıxacaq.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun daha bir futbolçusu "El Klasiko"nu buraxacaq.

Usman Dembeledən sonra yarımmüdafiəçi Artur Ramosun da "Nou Kamp"dakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. Əzələ problemi yaşayan 3 həftədi komandadan ayrı düşən braziliyalı futbolçu hazırda bərpa dönəmi keçir. Həkimlər onun ən yaxşı halda yanvarın 4-də "Espanyol"la görüşə hazır olacağını açıqlayıb.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah keçiriləcək.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”