29 iyun 2026. Bazar ertəsi

Messi Zidanı müdafiə etdi


Messi Zidanı müdafiə etdi

"Barselona"nın kapitanı Lionel Messi "Real"ın baş məşqçisi Zinəddin Zidanın son vaxtlar çox tənqid  edilməsinə münasibət bildirib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu fransalı mütəxəssisin əvvəlki  uğurlarının bu gün üçün əhəmiyyətli olmadığını deyib:


"Təəccüblüdür, amma uzun müddət böyük klublarda işləyənlər bunun normal olduğunu bilirlər. İnsanlar keçmişdə əldə edilənləri tez unudurlar və hər gün nəticə tələb edirlər.  Zidan "Real"a qayıdanda yəqin ki, Çempionlar Liqasında qazandığı 3 kubokun azarkeşlər üçün artıq əhəmiyyət kəsb etmədiyini başa düşdü. Məşqçilər və TOP komandalarda çıxış edən oyunçular daim diqqət mərkəzində olduğumuzu və bu təzyiqlə yaşadığımızı  bilirlər".(qol)







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"